Naxçıvan Mərkəzi Xəstəxanasının Üstünlükləri
Peşəkar kollektivimiz yüksək səviyyəli xidmətləri ilə daima seçilirlər!
Düzgün həkimi seçmək sizin xəstəliyinizin müəyyən edilməsində, müayinə və müalicəsində çox önəmlidir. Bunun üçün Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanası sizin üçün geniş imkanlar təqdim edir. Xəstəxanamızda olan müasir müayinə texnologiyası və metodikası, uzman həkimlərimiz, yüksək praktik bilgiyə sahib olan tibb işçilərimiz xəstəliklərin müayinə və müalicəsində həmişə təqdirə layiq fəaliyyət göstərirlər.
97%
İxtisaslı Həkimlər
98%
Müayinə və Əməliyyatların Keyfiyyət Faizi
98%
Xəstə Məmnuniyyəti
(036)5456974
ONLİNE XİDMƏTLƏRİMİZ!
NÖVBƏ GÖZLƏMƏYƏ SON VERİRİK!
ELƏ İNDİ HƏKİM QƏBULUNA YAZILA, LABORATOR NƏTİCƏLƏRƏ ONLİNE BAXA VƏ BU KİMİ BİR ÇOX XİDMƏTLƏRDƏN YARARLANA BİLƏRSİNİZ.
Şöbələr Haqqında Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasının Şöbələri
Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili-Tibbi Yardım Şöbəsinin əsas fəaliyyəti müraciət edən vətəndaşların qəbulu, müayinəsi ( ehtiyac olarsa laborator və instrumental ), müalicə, müşahidə, konsultasiya, həyati təhlükələrin aradan qaldırılması,doğru zamanda doğru işləmin təmin olunmasıdır.
Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Şöbəsi özündə kompleks diaqnostik müayinələri birləşdirən xəstəxananın ən əhəmiyyətli şöbələrindəndir. Bu müayinələr damar, sümük, yumşaq toxuma, beyin və s. daxili orqanların vəziyyəti, funksiyası haqqında ətraflı məlumat əldə etməyi imkan yaradır.
Naxçıvan Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsi xəstəxanın ən önəmli şöbələrindəndir. Şöbədə 12 həkim kabinəsi fəaliyyət göstərir. Naxçıvan Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş kabinələr 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.
Naxçıvan Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin fəaliyyəti xəstələri müayinələrin ve analizlərin cavabı ilə qəbul edib, onlara xəstəlik tarixcəsi açıb, stasionarın müvafiq şöbəsinə müalicə və ya cərrahi əməliyyat üçün yerləşdirməkdən ibarətdir.
Proktologiya – tibbin düz bağırsaq, anal dəlik və pararektal nahiyyənin xəstəlik və patologiyalarını, onların müayinə və müalicə üsullarını öyrənən sahəsidir. proktoloji xəstəliklər əhali arasında çox yayılıb və adətən insanlar bu xəstəliklərlə əlaqədar həkimə müraciət etməyə tələsmirlər. Naxçıvan Mərkəzi Xəstəxanası Proktologiya Şöbəsi sizin şikayətlərinizi dinləməyə və sizi müasir metodlarla müalicə etməyə hazırdır.
Naxçıvan Mərkəzi Xəstəxanası Ümumi terapiya Şöbəsində 39 çarpayılıq, o cümlədən 10 çarpayılıq Pulmonologiya bölməsi xəstələr üçün təchiz olunmuşdur. Şöbə ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən müayinə-diaqnostik prosedurlar aparılır.
Hematologiya tibbin qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini öyrənən sahəsidir. Limfa düyünləri, dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır. Naxçıvan Mərkəzi Xəstəxanası Hematologiya Şöbəsində qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində müalicə ala bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanası Göz Şöbəsində Göz və görmə ilə bağlı bütün xəstəliklərin müayinəsi və müalicəsi, göz əməliyyatları aparılır. Şöbə ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən keatometriya, artorefraktrometiriya, ultrasonoqrafiya, pnevmotonometriya, kompüter perimetriya kimi müayinə-diaqnostik prosedurlar aparılır.
Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsi Xəstəxananın ən çox müraciət edilən və ən önəmli şöbələrindəndir. Naxçıvan Mərkəzi Xəstəxanasının Urologiya Şöbəsinin peşəkar ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana, anesteziologiya və palatalar 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.
Naxçıvan Mərkəzi Xəstəxanasında Qan Bankı şöbəsi bu gün Naxçıvan Muxtar Respublikasının Transfiziologiya və qan komponentlərinin hazırlanması sahəsində əsas aparıcı şöbədir.
Naxçıvan Mərkəzi Xəstəxanası Fizioterapiya və Reabilitasiya Şöbəsinin məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.
Reanimasiya və İntensiv terapiya – kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Kritik xəstə – həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan pasientdir. Son illərdə texnologiyanın sürətli inkişafı tibb elminə, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.
Cərrahiyyə şöbəsində professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, uroloji, kardioloji, nefroloji, ginekoloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahiyə, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilir.
Naxçıvan Mərkəzi Xəstəxanası Laboratoriya Şöbəsi müxtəlif növ müayinələrin (ümumi kliniki, biokimyəvi, immunoloji, mikrobioloji, hormonal və s. ) həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Xəstəxanada mövcud olan beynəlxalq standartlara cavab verən laboratoriya avadanlıqları bir cox xəstəliklərin diaqnozu və müalicənin ən yüksək səviyyədə hərtərəfli araşdırılmasına imkan verir.
Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsində qulaq, burun və boğaz xəstəliklərinin müayinə və müvafiq müalicələri aparılır. Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsi ən müasir avadanlıqlarla təhciz olunmuşdur və yüksək ixtisasa, təcrübəyə malik həkimlər tərəfindən müayinə-diaqnostik prosedurlar aparılır.
Naxçıvan Mərkəzi Xəstəxanası Endokrinologiya Şöbəsi Endokrin sistemin quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir. Hipertireoz, akromeqaliya, şəkərli diabet və piylənmə və erkən menopauza, diffuz toksik zob və s. kimi problemlərlə peşakar endokrinoloqlarımız.məşğul olurlar.
Naxçıvan Mərkəzi Xəstəxanası Nevrologiya Şöbəsində xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, damar ensefalopatiyası, insult və radikulitlərdən sonrakı vəziyyətlərdə müalicəsi üçün Nevrologiya şöbəsi böyük təcrübə qazanmışdır. Şöbədə yeni növ EEQ və EMQ aparatları xəstələrin müayinə zamanı təhlükəsizliyini və rahatlığını təmin edir.
Naxçıvan Mərkəzi Xəstəxanası Travmatologiya və Ortopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ən Müasir Dövlət Xəstəxanası Olan
Naxçıvan Mərkəzi Xəstəxanasının Üstünlükləri
Naxçıvan Mərkəzi Xəstəxanası 19 şöbə və 6 bölmədən ibarət təşkil olunub. Xəstəxanada Rentgen, Flüoroqrafiya, Denistometr, Kompüter tomoqrafiya ,MRT, USM, EKQ, EEQ, EMQ, Kolonoskopiya, Qastroentereskopiya, Bronsxoskopiya kabinələri, Fizioterapiya bölməsi və Laboratoriya şöbəsi fəaliyyət göstərir. Naxçıvan Mərkəzi Xəstəxanasının 300 çarpayılı bütün şöbələrində xəstələr üçün ən yaxşı şərait yaradılmışdır.
Naxçıvan Mərkəzi Xəstəxanasının Həkimləri
Dr. Mahmudova Bəyim
Dr. Cəlilova Sona
Dr. Mirzəyeva Səkinə
Dr. Məmmədova Əfruz
Dr. Abbaslı Lamiyə
Dr. Huseynova Səidə
Dr. Əliyeva Təbrizə
Dr. Kazımov Valid
Dr. Səfərova Türkan
Dr. Vəliyeva Vəfa
Dr. Əhmədova Cəmilə
Dr. Bağırsoylu Günay
Dr. Huseynov Həbib
Dr. Əsgərov Hüseyn
Dr. Zeynalov İsmayıl
Dr. Bağırova Leyla
Dr. Azər Məmmədov
Dr. Novruzov Fərman
Dr. Ağəliyev Elsəvər
Dr. Dünyamalıyeva Aysel
Dr. Abbasov Ramazan
Dr. Allahverdiyeva Tərlan
Dr. İsmayılova Türkan
Dr. Allahverdiyeva Rüfət
Dr. Mustafayeva Gülçin
Dr. Əliyeva Rübabə
Dr. Cəfərova Zülfiyyə
Dr. Quliyeva Aysel
Dr. Tarverdiyev Məhərrəm
Dr. Orucəliyeva Kamilə
Fehruz Zehirov
Dr. Məmmədova Şəhla
Dr. Məmmədəliyeva İradə
Dr. Bəxtiyar Hüseynov
Dr. Əliyeva Zəhra
Dr. Həsənov Məmmədəli
Dr. Rəşidova Aysel
Dr. Qədimov Səfər
Dr. Baxşəliyeva Dilarə
Dr. Bağırova Ramidə
Dr. Əliyev Vüsal
Dr. İsmayılova İlhamə
Dr. Zeynalova İlahə
Dr. Zeynalova Zinyət
Dr. Səfərov Anar
Dr. İsmayılova Aysel
Dr. Qəmbərova Kəmalə
Dr. Əliyev Nadir
Dr. Qoçəliyeva Esmira
Dr. Həsənova Xumar
Dr. Əliyeva Heyran
Dr. İmanova İsmət
Dr. Həsənova Əfruz
Dr. Əliyeva Kəmalə
Dr. Mehdiyev Sabir
Dr. İsmayılov Elman
Dr. Əliyeva Gülşən
Dr. Kəngərli Tapdıq
Dr. Allahverdiyev Rəşad
Dr. Əliyeva Rəhmiyyə
Dr. Əhmədov Fərid
Dr. Qasımova Məlahət
Dr. Sezgin Səhər
Dr. Bababəyli Etibar
Dr. Tutayuk Xaspolad
Dr. Fərzəliyev Fazil
Dr. Qənbərli Sarita
Dr. Rzayev Yaşar
Xəstəxanaya Gəlmədən Həkim Qəbuluna Yazıl!
Naxçıvan Mərkəzi Xəstəxanasının ən böyük üstünlüklərindən biridə xəstəxanaya gəlmədən həkim qəbuluna online yazılmaqdır. Sizdə növbə gözləmədən xəstəxanın hər hansı bir müayinəsindən keçmək istəyirsinizsə elə indi müraciət edin.
Sual-Cavab Bölümü
Ən Çox Verilən Suallar
Naxçıvan Mərkəzi Xəstəxanası Rəsmi Web Saytı və ya digər mözularla əlaqəli sizi düşündürən suallara cavab veririk.
Naxçıvan Mərkəzi Xəstəxanası Həkimlərinə və ya digər tibbi xidmətlərə “Online” Yazılan tibbi siğorta ilə qeydiyyat olunacaqlar və hər hansı ödəniş etməyəcəklər.
Naxçıvan Mərkəzi Xəstəxanası rentgen və ya digər cihazlara online növbə almaq üçün ixtisaslı həkim müayinəsinə yazılmaq lazımdır. Müayinə zamanı həkiminiz digər müayinələr, həmçinin rentgen müayinəsi məsləhət görərsə sizi radioloq müayinəsinə göndərəcəkdir.
Vətəndaşlar Naxçıvan Mərkəzi Xəstəxanası həkim qəbuluna online yazıla bilər, laborator və digər nəticələri online şəxsi kabinetləri vasitəsilə ala bilərlər.