Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən humanitar tibbi aksiyalar davam etdirilir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsi və kənd yaşayış məntəqələrində əhaliyə səyyari tibbi xidmətlər göstəriblər. Məqsəd ahıl vətəndaşlara və xəstəxanaya gələ bilməyən yataq xəstələrini evlərində zəruri tibbi xidmətlərlə təmin etməkdir.

09.12.2021-ci il və 10.12.2021-ci il tarixlərində 2 gün davam edən tibbi aksiya rayonun bütün yaşayış məntəqələrində aparılıb.

09 Dekabr 2021-ci il tarixdə Kəngərli rayonun Böyükdüz, Təzəkən, Xok kəndlərində və Qıvraq qəsəbəsində xəstələrin evlərində tibbi xidmət göstərilib. Həkim briqadası tərəfindən gün ərzində 44 evdə 78 xəstə müayinələrdən (terapevtik, nevroloji, kardioloji, endokrinoloji, fizioterapevtik, oftolmoji, pulmonoloji, uroloji, EKQ) keçirilmiş, 210-dan artıq tibbi prosedur yerinə yetirilmiş, tibbi yardım göstərilmiş, müvafiq təyinat və məsləhətlər verilmişdir.

10 Dekabr 2021-ci il tarixdə Kəngərli rayonun Yurdçu, Qabıllı, Şahtaxtı, Çalxanqala və Qarabağlar kəndlərində xəstələrin evlərində tibbi xidmət göstərilib. Həkim briqadası tərəfindən gün ərzində 23 evdə 42 xəstə müayinələrdən (terapevtik, nevroloji, kardioloji, endokrinoloji, fizioterapevtik, oftolmoji, pulmonoloji, uroloji, EKQ) 09 Dekabr 2021-ci il tarixdə Kəngərli rayonun Böyükdüz, Təzəkən, Xok kəndlərində və Qıvraq qəsəbəsində xəstələrin evlərində tibbi xidmət göstərilib. Həkim briqadası tərəfindən gün ərzində 44 evdə 78 xəstə müayinələrdən (terapevtik, nevroloji, kardioloji, endokrinoloji, fizioterapevtik, oftolmoji, pulmonoloji, uroloji, EKQ) keçirilmiş, 150-dən artıq tibbi prosedur yerinə yetirilmiş, tibbi yardım göstərilmiş, müvafiq təyinat və məsləhətlər verilmişdir.

Aksiya çərçivəsində 67 evdə 120 vətəndaşa evlərində tibbi xidmət göstərilib. Tibbi heyət bütün zəruri prosedurlar, o cümlədən laborator təhlillər aparıb, xəstələri ultrasəs müayinəsindən keçiriblər. Həmçinin onlara ehtiyacı üzrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.

Müayinəsi aparılan ahıl vətəndaşlar və digər yataq xəstələrinə sağlamlığına dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.

Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşəbbüsü və təşkilatçılığı ilə humanitar tibbi aksiyalar muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.