Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

Belə nəcib və humanitar aksiya 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub. Xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Muxtar Respublikası Seçki Komissiyası və dairə seşki məntəqələrinin 69 nümayəndəsi  qoşulub.

Əvvəlcə Naxçıvan MR Mərkəzi xəstəxanasının Qan Bankında Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan koronovirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək sağlamlıq durumları yoxlanılıb, donor kimi aksiyada iştirakları müəyyənləşdirilib.

“Qan ver, yaşat” devizi altında keçirilən qanvermə aksiyasının iştirakçıları bildiriblər ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini öz qanının kiminsə damarında vurmağında, qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. O xəstə özümüz də, doğmalarımız da ola bilərik. Həyatda heç kəs bu zərurətdən sığortalanmayıb. Odur ki, hər kəs  ailə üzvlərindən tutmuş yaxın və doğmaları arasında donor mədəniyyətini formalaşdırmağa çalışmalıdır. Biz sağlamlığı imkan verən hər kəsi bu nəcib işə çağırırıq.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bir neçə saat davam edən  aksiyada   20 donordan götürülən 10 litr qan Mərkəzi Qan Bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.