Azərbaycan Könüllü Həkimlər Asosasiyasının təşkilatçılığı ilə Şuşa şəhərində baş tutan aksiyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Poliklinika Şöbəsinin müdiri həkim-stomatoloqu Dr. Əliyev Vüsalda iştirak etmişdir. Şuşa şəhərində baş tutan aksiyada Azərbaycan Könüllü Həkimlər Asosasiyasının təşkilatçılığı ilə 128-dən çox müayinə və müalicə proseduru təmənnasız həyata keçirilmişdir. Qeyd edək ki, bu lahiyə ilə Azərbaycanda az təminatlı, qazi və hərbiçilərimizə təmannasız xidmət göstərilir və 2-ci Qarabağ Müharibəsi başlayandan indiyədək 9 mindən çox insana yardım göstərilmiş, müalicə və müayinə prosesləri icra olunmuşdur.

Şuşa şəhərində baş tutan aksiya 1 həftə davam etmişdir.

Xəstəxanamızın həkimi Dr. Əliyev Vüsal qeyd edir:

Çox şadam ki, belə bir lahiyədə iştirak etdim. Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimi olaraq hərbiçilərimizi müayinə etmək məni çox qürurlandırdı. Şuşa Şəhərində olmaq və burada həkim kimi fəaliyyətim mənim üçün qürur verici idi. Şuşanı görmək, buranın təmiz havasını almaq mənim arzum idi. Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin və cəsur əsgərlərimizin sayəsində bugün biz Şuşadayıq. Cənab Ali Baş Komandanın siyasətinin nəticəsidir ki, Şuşa Şəhərində artıq biz tibbi xidmət göstəririk.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.