Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərdən ibarət həkim briqadası Ordubad şəhər internat tam orta məktəbində  humanitar tibbi aksiya təşkil edib.

Ambulator müayinələr zamanı 39 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.