Muxtar respublikada əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Yüksək ixtisaslı həkim briqadalarının mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirməsi də bunun göstəricisidir. Növbəti tibbi aksiya Şərur rayonunda keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Şərur rayon Mərkəzi Xəstəxanasında təşkil etdiyi tibbi aksiya 26 ixtisaslı həkim və tibbi heyətin iştirakı ilə keçirilib. Sakinlər ayrı-ayrılıqda nefroloq,  nevropatoloq, oftalmoloq,  kardioloq,  travmatoloq, uroloq,  lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, analizlər götürülüb. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicələr təyin edilib.

Qaraciyər, öd kisəsi, böyrək, mədəaltı vəz və digər daxili orqanların müayinəsi üçün ultrasəs müayinələri aparılıb. Müayinə zamanı səhhətində problemlər aşkarlanan sakinlər  cərrahi əməliyyat olunub. Gün ərzində davam edən tibbi aksiyada 259  sakin müayinə və müalicəyə cəlb olunub. 8 sakin üzərində  cərrahi əməliyyat aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

This field is required.

This field is required.