Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsi Haqqında Ümumi Məlumat
Naxçıvan Mərkəzi Xəstəxanasında LOR şöbəsi 10 çarpayı üçün nəzərdə tutulmuşdur. Bu şöbədə qulaq, burun və boğaz xəstəliklərinin müayinə və müvafiq müalicələri aparılır.
Qulaq əməliyyatları və xəstəlikləri:
- Endoskopik Timpanoplastika (xarici kəsik olmadan).
- Mikroskopik Timpanoplastika- Ossikulyar rekonstruksiya (Xroniki Qulaq İltihabı əmliyyatları, eşitmənin bərpa edilməsi).
- Mastoidektomiya(Xoleasteatoma əmliyyatları).
- Stapedektomiya (Osteokleroz).
- Təbil pərdəsinə ventilasyon tüpün yerləşdirilməsi (orta qulaqda maye toplanması və adheziv otitlərdə).
- Otoplastika (Qulaq estetik cərrahiyyəsi).
- Baş gicəllənməsi və müvazinətsizlik (Vertigo).
- Qulaqda küy (Tinnitus).
- Üz iflici (Fasilyar paraliziya).
- Ani eşitmə itkisi.
Boğaz əməliyyatları və xəstəlikləri :
- Damaq Badamcıqları(tonsillektomiya)
- Adenoid vegetasiya
- Faringit
- Ağız boşluğu xəstəlikləri və onkologiyası
- Oroantral fistula təmiri
Burun əməliyyatları və xəstəlikləri:
- Septoplastika(Burun çəpər əyriliyi).
- Rinoplastika (Burun estetik cərrahiyyəsi).
- Endoskopik Sinus Cərrahiyyəsi (Functional Endiscopic Sinus Surgery- Endoskopik Polip və Xroniki sinuzit əməliyyatlar).
- Xoanal arteziya.
- Burun və burunətrafı ciblərin onkoloji xəstəliklərinin əməliyyatları.
- Göz yaşı axarı və kisəsi tıxanıqlığı əməliyyatı (Endoskopik Dakriosistorinostomiya).
- Allerjik rinit.
- Xoruldama və Obstruktiv Yuxu Apnesi müalicəsi əməliyyatları.
Baş-Boyun əməliyyatları:
- Tüpürcək vəzi əməliyyatları və xəstəlikləri.
- Qalxanabənzər (Zob) vəzi əməliyyatları.
- Səs qısılması və qırtlağın onkoloji xəstəlikləri.
- Boyun diseksiyası.
- Üz plastikası və botoks.
Təcrübəli Tibb İşçiləri
Fasiləsiz Xidmət
Peşəkar Həkimlər
Müasir Avadanlıq
LOR Şöbəsi
Naxçıvan Mərkəzi Xəstəxanası LOR Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.
- 7/24 fasiləsiz xidmət
- Xəstələrə yüksək qulluq
- Müalicə və müayinələrin 96% effektivliyi
- Xəstələrin dərman təchizatı
- İşində mükəmməl olan tibb personalı
LOR Şöbəsi Həkimləri
Ən Çox Verilən Suallar
LOR şöbəsi sterilliyin qorunduğu ən steril şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir və qadağandır!
Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.
Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxanaya qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.