Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı Şöbəsi Haqqında Ümumi Məlumat

Naxçıvan Mərkəzi Xəstəxanasında Qan Bankı şöbəsi  bu gün Naxçıvan Muxtar Respublikasının Transfiziologiya və qan komponentlərinin hazırlanması sahəsində əsas aparıcı şöbədir. Naxçıvan Mərkəzi Xəstəxanasında Qan Bankının əsas funksiyası Xəstəxananın donor qanına olan təlabatın ödənilməsi üçün xəstələrin qohumlarından, həkimlərdən, tibbi heyətdən və s. donor qanının alınması,  donorluğa buraxılmaq üçün ekspertizanın aparılması, qan qrupunun və rezus mənsubiyyətinin cross match aparılması, qanda hemoqlobin səviyyəsinin,eləcədə QİÇS (AİDS) virusunun, hepatit B və C viruslarının, sifilis və malyariya törədicilərinin seroloji markerlərinin qanda yoxlanılması məqsədi ilə mütləq qaydada müayinə aparılması, qandan alınmış məhsulların düzgün saxlanılması və köçürülməsi, köçürülən qan məhsullarına nəzarət daxildir.
Şöbənin əsas vəzifəsi xəstələrin qan və qan komponentləri ilə təmin etməkdir.

Ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün donor qanı əvəzsiz rol oynayan vasitədir. Konservləşdirilən donor qanının tədarükündə əsasən təmənnasız donorlar, xəstələrin qohumları aktiv iştirak edirlər.

Qan və qan preparatlarının köçürülməsinin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Donorlarda müvafiq qaydaya əsasən qan götürülmədən əvvəl HB və A/T yoxlanılır. Donor qanının QİÇS, sifilis, malyariya və hepatitlərə müayinəsi xəstəxananın laboratoriyasında müasir standartlara cavab verən avadanlıqlarda aparılır.

Hazırda şöbədə “Hettich“ markalı sentrifuqa, kompüterləşdirilən müasir QATS tipli “Frezenius”, “Heamonefics” firmasının aparatı ilə donor qanını fraksiyalara ayıraraq trombositar və eritrositar kütlə, təzə dondurulan plazma əldə etmək olur. Həmçinin şöbə həmin firmanın tərəzi, qanı torbalarda qarışdıran və lehimləyən aparatları, qan və qan preparatlarını saxlamaq üçün yüksək keyfiyyətli soyuducu və dondurucu kimi avadanlıqlarla təchiz olunub.

Əminliklə demək olar ki, Naxçıvan Mərkəzi Xəstəxanasında Qan Bankı bu gün xəstəxananın bütün şöbələrinin qan və qan preparatlarına olan ehtiyacını tam həcimdə ödəyir.

Eyni zamanda şöbədə xəstəxananın stasionar və poliklinika bölmələrində müalicə və müayinə olunan xəstələrin qan qrupu, rezus mənsubiyyəti təyin edilir və sənədləşdirilir, Kumbs və Cross-match reaksiyaları yoxlanılır.

Naxçıvan Mərkəzi Xəstəxanasının Qan Bankı şöbəsində mövcud olan xidmətlər aşağıdakılardır:

  • Tam Qan
  • Eritrosit Kütləsi
  • Təzə Dondurulmuş Plazma
  • Trombosit Kütləsi (manual)
  • PRP (Platelet rich plasma)
  • Tromboferez (trombosit kütləsi)
  • Eritroferez (eritrosit exchange)
  • Leykoferez (leykosit exchange)
  • Plazmaferez (plazma exchange)
  • Kök Hüceyrə Toplanması

Qan bankının əsas iş prinsipi:

  • Planlaşdırılan Əməliyyata qan və qan komponentlərinin hazırlanması
  • Yatan xəstələrin qan və qan komponentlərinə olan ehtiyacın ödənilməsi (qan stok vəziyyətinə görə)
  • Təcili qan və qan komponentlərinin hazırlanması

Qan komponentinin hazırlanması üçün aşağıdakı sxem üzrə işlər görülür:

Qan Bankı 7 gün 24 saat fəaliyyət göstərir. Burada 2 həkim çalışır. Həkim Həsənov Məmmədəli Tərəqqi medalı ilə təltif olunmuş, Ələsgərov Əli isə NMR Əməkdar həkimidir.

Qan Bankı aşağıdakı bölmələrdən ibarətdir:

1. Donor müayinə bölməsi
2. Laboratoriya bölməsi
3. Qan alma bölməsi
4.Qan bankı/Depo

Donor namizədləri ilk olaraq bu donor müayinə bölməsinə alınır. Burda onlar Qan Bankı həkimi tərəfindən hər tərəfli tibbi müayinədən keçirlər:

  1. Fiziki müayinədən (boy, çəki, arterial təzyiq) keçirlər.
  2. Laborator analiz üçün nümunə qanı alınır.
  3. Həkimi maraqlandıran və şübhə doğuran digər müayinələr aparılır.

Fiziki müayinədə ümumi görünüş sağlam, yaş 18-65 arası, çəkisi 50kq-dan yuxarı, bədən temperaturu 37C-dən aşağı , qan təzyiqi 180/100 mm Hg-dan aşağı olmalıdır.

Laboratoriya bölməsində Donordan alınmış nümunə qanlar üzərində aşağıdakı testlər aparılır:

  1. Ümumi qan analizi
  2. ABO və Rh D qan qrupu
  3. Hepatit B virusu
  4. Hepatit C virusu
  5. Sifilis Testi
  6. QİÇS analizi

Ümumi qan analizi normativlər çərçivəsində olan və virus xəstəlikləri üzrə bütün analizlərin cavabları neqativ olan şəxslər donor olaraq qəbul edilirlər.

Analiz cavablarında hər hansı şübhə olan şəxslərin müayinəsi burda dayandırılır və onlar donor olaraq qəbul edilmirlər.

Bütün müayinə və testlərdən keçmiş və həkim rəyinə görə donor olaraq qəbul edilmiş şəxslər Qan alma bölməsinə daxil olurlar.

  • Burda donorlardan venoz qan xüsusi qan torbalarına alınır. Qanın laxtalanmaması və uzunmüddət canlılığını qoruması üçün torbadakı xüsusi məhlul (CPDA-1, SAGM və s.) qana qarışır.
  • Qan alma prosesi xüsusi qan alma tərəzilərində həyata keçirilir və bu müddət ərzində sterillik və gigyenik qaydalara tam əməl olunur. 
  • Müəyyən edilmiş miqdar torbaya yığıldıqdan sonra qan alma prosesi dayandırılır və iynə venadan çıxarılır.
  • Sonra donorlara istirahət verilir və bu müddətdə onlara şirin yeyəcəklər və içkilər təklif edilir.
  • Donorlar təkrar müayinədən keçir və heç bir narahatçılıq yoxdursa, sərbəst buraxılırlar.

Donorlardan torbaya alınmış qanlar Qan bankı/Depo bölməsinə gətirilir.

  • Əgər xəstə üçün müalicə həkimi tərəfindən tam qan istənilibsə, heç bir müdaxilə edilmədən yalnız qeydiyyatı aparıldıqdan sonra birbaşa stasionara göndərilir.
  • Əks halda tam qandan qan komponentləri hazırlanır.
  • Qan komponentləri tam steril və gigyenik şəraitdə modern cihazlarda (Hettich, Thermo) hazırlanır.

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı şöbəsi 7/24 reanimasiya və intensiv terapiya lazımlı olan xəstələrə fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Qan Bankı Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanası Qan Bankı Şöbəsi ən çətin və ən məsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.

Dr. Həsənov Məmmədəli

Qan Bankı Şöbəsi Həkimləri

Ən Çox Verilən Suallar

Qan Bankı şöbəsinə müraciət edirsiniz. Daha sonra İxtisaslı həkimlər sizi müayinə etdikdən sonra qan verə bilərsiniz. Həkim rəyi olmadan və müayinədən keçmədən qan götürülmür. Onun üçün Qan Bankı Şöbəsinin ixtisaslı həkimlərinin qəbuluna online yazılıb müayinə ola bilərsiniz.

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.

Qan Bankı İlə əlaqədar xəbərlər, elanlar və aksiyalar