Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Şöbəsi Haqqında Ümumi Məlumat

Şüa diaqnostika – özündə kompleks diaqnostik müayinələri birləşdirən tibbin bir sahəsidir. Bu müayinələr damar, sümük, yumşaq toxuma, beyin və s. daxili orqanların vəziyyəti, funksiyası haqqında ətraflı məlumat əldə etməyi imkan yaradır.

Bu gün şüa diaqnostika xəstəliklərin, orqan və ümumilikdə orqan sisteminin zədələmə dərəcəsinin 80-90% hallarda aşkarlanması üçün istifadə edilir.
Hazırda Şüa diaqnostika şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri aşağıda göstərilən sahələr üzrə peşəkar səviyyədə geniş müayinə edilər:

• Kompüter tomoqrafiyası müasir diaqnostika üsullardan biri olan və bir çox xəstəliklərin aşkara çıxarılmasında mühüm rol oynayır. Bu üsul vasitəsi ilə baş beyin, döş qəfəsi, bel-oma nahiyəsi, qarın boşluğu və çanaq orqanları, həmçinin sümüklərdə baş verən sınıqları, destruktiv dəyişiklikləri və digər sümük patologiyalarını müəyyən etmək olur. Üstünlüklər – minimal şüalanma, xəstənin tez bir zamanda müayinə olunması, keyfiyyətli və aydın görüntülərin əldə olunması.

• Maqnit-rezonans tomoqrafiyası – orqan və müxtəlif toxumalarda patoloji proseslərin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir. Üstünlüklər – yüksək diaqnostik effektivliyi; şüalanma istifadə olunmur; hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur; baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir.

• Rentgenoloji müayinələrin köməyi ilə həkim daxili orqan və strukturların təsvirini əldə edərək, dəyişiklikləri aşkar edə bilir. Şöbədə olan müasir rentgen diaqnostik komplekslərin köməyi ilə xəstələr minimum şüalanır, səhvsiz diaqnostika aparılır, aydın görüntülər əldə etmək olur və rentqenoskopiya/rentqenografiyanın imkanlarının artmasına imkan verir. Rəqəmsal rentgeno-diaqnostik avadanlığın köməyi ilə döş qəfəsi, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklər, mərkəzi sinir sistemin xəstəlikləri, onurğa sütununun, çanaq sümüklərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ/destruktiv dəyişiklikləri vaxtında və səhvsiz həyata keçirilir.

• Ultrasəs diaqnostika (USM) – müasir diaqnostika üsulları sırasında ən dəqiqidir və diaqnozun müəyyən olunmasında 50% rol oynayır. Şöbədə Yaponiya, Almaniya və Hollandiya firmaları tərəfindən istehsal olunan çox funksiyalı avadanlıqlar insanın bütün orqanların və sistemlərin yüksək səviyyədə ultrasəs və doppleroqrafiya müayinələrin aparılması üçün imkan yaradılar

Densitometriya müayinəsi

Sümük Mineral Densitometriya-kompyuterləşdirilmiş absorbsion üsulla sümükdə mineralların sıxlığını təyin edən diaqnostik metoddur. Sümük Densitometriyası gələcəkdə baş verə biləcək sınıqların proqnozlaşdırılmasında, sümük kütləsinin itirilməsinə səbəb olan digər xəstəliklərin diaqnostikasında mühüm kliniki əhəmiyyət daşıyan bir üsuldur.  50 yaşından etibarən menopauza dövrünü yaşayan qadınların 2 ildə 1 dəfə bu müayinədən keçməsi məsləhətdir.

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Dioqnostika Şöbəsində aparılan diaqnostik müayinələrin sayı ildən ilə artır.  Buna səbəb isə  xəstəxanamızda  tibbi cihazların son model olması, beynəlxalq standartlara cavab verməsi və şöbəmizdə işləyən tibbi personalımızın yüksək ixtisaslaşmasıdır. 

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika şöbəsi 7/24 Şüa Diaqnostika lazımlı olan xəstələrə fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Şüa Diaqnostika Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanasının Şüa Diaqnostika Şöbəsi ən çətin və ən məhsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur. 

Dr. Əliyeva Gülşən

Şüa Diaqnostika Şöbəsi MRT Müayinələri Videoları

Şüa Diaqnostika Şöbəsi Həkimləri

Ən Çox Verilən Suallar

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.