Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi Haqqında Ümumi Məlumat

Naxçıvan Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsi 9 çarpayı üçün nəzərdə tutulmuşdur. Təcili Tibbi Yardım şöbəsi xəstəxananın 1-ci mərtəbəsində yerləşir.

Naxçıvan Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə həftənin hər günü 24 saat boyunca hər növ təcili və ilkin tibbi yardım göstərir.

Şöbənin tibbi personalı təcili yardım və reanimasiyada illər boyu çalışmış və zəngin iş təcrübəsi əldə etmiş peşəkar həkim-mütəxəssislərdən ibarətdir.

Təcili Tibbi Yardım Şöbəsində çalışan həkimlərin əksəriyyəti ilk və təxirəsalınmaz yardım üzrə beynəlxalq sertifikatlara sahibdirlər.
Naxçıvan Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsinin işi operativ xidmət istiqamətində təşkil olunub.

Gecə növbəsində həkimlərimiz baş vermiş hər hansı fövqəladə hadisə zamanı pasiyentin sağlamlığı uğrunda mübarizədə bütün kollektivin köməyindən faydalanır.

Naxçıvan Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsinə gətirilən xəstələr ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda tibbi müdaxilə edilir, lazım gəldikdə isə xəstəxananın digər şöbələrinə yönəldilir.

Müasir standartlara uyğun olaraq lazımı tibbi cihazlar və ləvazimatlarla təchiz olunmuş 3 ambulans maşını ilə hər an pasiyentlərə təcili tələb olunan hər cür tibbi xidmət göstərmək imkanımız var. 
TTYŞ-də həyata keçirilən bütün tibbi xidmət növləri haqqında xəstənin yaxınlarının məlumatlandırılması bizim əsas iş prinsiplərimizdəndir. Pasiyentimiz və onun  yaxınları ümumi vəziyyət, bununla əlaqədar tətbiq olunacaq prosedurlar haqda ətraflı məlumatlandırılır.  Göstərilən bütün tibbi xidmətlərin təyinatı və mahiyyəti barədə məlumatlar ətraflı şəkildə xəstəyə və onun yaxınlarına izah edilir. Hər iki tərəfin razılığı əsasında tibbi xidmət həyata keçirilir.

Təcrübəli Tibb İşçiləri

Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində çalışan tibb işçiləri 10+ illik iş praktikası ilə xəstələrə peşəkar yardım edirlər.

Fasiləsiz Xidmət

Naxçıvan Mərkəzi XəstəxanasınınTəcili Tibbi Yardım şöbəsi xəstələrə 7/24 fasiləsiz xidmət göstərir.

Peşəkar Həkimlər

Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsi həkimləri ixtisaslı və uzun müddət iş stajı olan həkimlərdir.

Müasir Avadanlıq

Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsi avadanlıq və cihazları ən son texnologiyaya uyğun və müasir standartlara cavab verir.

Təcili Tibbi Yardım Şöbəsi

Naxçıvan Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Şöbəsi ən çətin və ən məhsuliyyətli şöbələrdəndir. Xəstələrimizin sağlamlığı bizim üçün maraqlı olan yeganə mövzudur.

Dr. Əliyeva Pəri

Təcili Tibbi Yardım Şöbəsi Həkimləri

Ən Çox Verilən Suallar

Təcili Tibbi Yardım şöbəsi sterilliyin qorunduğu ən vacib şöbələrdəndir. Xəstə yaxınlarının şöbəyə daxil olması xəstələrin həyatı üçün olduqca riskilidir.

Naxçıvan Mərkəzi Xəstəxanasının bütün həkimlərinin qəbuluna  online yazılmaq olduqca sadədir. Ana səhifədə ki və ya istədiyiniz həkimin profilində ki, forumu dolduraraq həkim qəbuluna online yazıla bilərsiniz.

Naxçıvan Mərkəzi Xəstəxanasının 7/24 xidmət göstərən qəbul şöbəsinə zəng vuraraq xəstəxana qaydalarına zidd olmayan və xəstəxana qaydalarını pozmayan (Xəstə haqqında ətraflı məlumat verilməsi və xəstənin vəziyyətinin həkim rəyi olmadan məlumat verilməsi qadağandır) xəstə haqqında olan bəzi məlumatları ala bilərsiniz.